logo

Fransada prezident seçkiləri keçirilir

09:12 10-04-2022 | icon 1827
Fransada prezident seçkiləri keçirilir

Aprelin 10-da Fransada prezident seçkilərini birinci turuna start verilib.

YeniAvropa xəbər verir ki, seçicilər yerli vaxtla saat 08:00-dən səsvermə məntəqələrinə üz tutublar. Seçkilər axşam saat 19:00-dək, böyük şəhərlərdə isə 20:00-dək davam edəcək.

Prezident seçkilərinin birinci turunda 48,7 milyon seçici səs verə biləcək.

Prezident seçkilərinə 12 namizəddən biri birinci turda səslərin mütləq əksəriyyətini toplaya bilərsə, seçiləcək. Əks təqdirdə, ən çox səs toplamış iki namizəd ikinci tura vəsiqə qazanacaq.

Səsvermənin nəticələri yerli vaxtla axşam saat 20:00-də açıqlanacaq.