logo

Ukrayna iyunda Avropa İttifaqına namizədlik statusu ala bilər

17:07 09-04-2022 | icon 1967
Ukrayna iyunda Avropa İttifaqına namizədlik statusu ala bilər

Bu ilin iyun ayında Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alacağı gözlənilir.

YeniAvropa xəbər verir ki,  bu barədə  Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişin özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Biz artıq bir çox hazırlıq işləri görmüşük. Ona görə də hərəkət etməyə hazırıq. İyunda namizəd statusu alacağımızı gözləyirik. Bu, bizim bərpamız və Rusiya hücumundan qalib çıxmağımızın təzahürü kimi qiymətləndirilməlidir”, - deyə o, bildirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Kiyevin sorğuya bir həftə ərzində cavab verəcəyini bildirmişdi. Anketin doldurulması üzvlüyə namizəd statusunun alınmasının prosedur mərhələlərindən biridir.