logo

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə 1 milyon zəvvar qəbul edəcək

13:59 09-04-2022 | icon 3542
Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə 1 milyon zəvvar qəbul edəcək

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il Həcc ziyarətinə 1 milyon zəvvarın qəbul ediləcəyini bildirib.

YeniAvropa "SPA" agentliyinə istinadla xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən son iki ildə Həcc ziyarətini məhdud sayda yerli zəvvarın iştirakı ilə keçirən Səudiyyə Ərəbistanı bu il kvotanı artırıb.

Nazirliyin açıqladığı yeni şərtlərə görə, 65 yaşa qədər və yeni növ koronavirus əleyhinə vaksin sertifikatı olan şəxslər Həcc ziyarətində iştirak edə biləcəklər. Bundan başqa, zəvvarlar gəldikləri ölkədən 72 saat müddəti olan PCR testinin neqativ nəticəsini təqdim edəcəklər. Ayrı-ayrı ölkələrə kvotaların ayrılması zamanı həmin dövlətlərdə pandemiyanın vəziyyəti də nəzərə alınacaq.

Qeyd edək ki, pandemiyaya qədər Həcc ziyarətində 2 milyona yaxın zəvvar iştirak etmişdi. Ötən il isə onların sayı cəmi 58 min 745 nəfər olub.