logo

“SpaceX” 3 turisti 10 günlük kosmosa apardı

13:11 09-04-2022 | icon 4305
“SpaceX” 3 turisti 10 günlük kosmosa apardı

“SpaceX” kompaniyası aprelin 8-də “Axiom Space” şirkətinin təşkil etdiyi tur çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya üç turist göndərib.

 YeniAvropa "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bu, indiyədək Beynəlxalq Kosmik Stansiyaya yalnız astronavtlar göndərən korporasiyanın həyata keçirdiyi ilk kommersiya reysidir.

Ekipaja NASA-nın sabiq astronavtı Maykl Lopes-Aleqria, pilotun vəzifəsini icra edəcək amerikalı sahibkar Larri Konnor, kanadalı sərmayəçi Mark Pati və israilli iş adamı Eytan Stibbe daxildir. Onların hamısı tibbi müayinədən və xüsusi hazırlıqdan sonra uçuşa buraxılıb.

Kosmik stansiyaya səfərin qiyməti 55 milyon dollardır. Turistlər Yerə aprelin 19-da qayıtmalıdır.

Bundan öncə kosmik turistlərin uçuşu aprelin 3-nə planlaşdırılsa da, Aya və Marsa pilotlu uçuşlar üçün hazırlanan “Space Launch System” ağır daşıyıcı raketin statistik sınaqları səbəbindən təxirə salınmışdı.

“Axiom Space” gələn il Beynəlxalq Kosmik Stansiyaya daha bir missiya göndərməyi planlaşdırır. Kompaniya 2024-cü ildə özünün orbital kompleksini açmağı, gələcəkdə isə avtonom kosmik stansiya qurmağı hədəfləyir.