logo

Çexiya Ukraynaya silah və hərbi texnika göndərib

23:13 08-04-2022 | icon 2212
Çexiya Ukraynaya silah və hərbi texnika göndərib

Çexiya Ukraynaya silah və hərbi texnika göndərib.

YeniAvropa xəbər verir ki, bu barədə “Reuters” Çexiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Ukraynaya 5 ədəd T-72 tankı, 5 ədəd BMP-1 piyada döyüş maşını, o cümlədən haubitsa və çoxsaylı reaktiv yaylım atəşi sistemləri gəlib”, - Çexiya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

MN təmçilçisi əlavə edib ki, Çexiya, həmçinin Ukraynanı portativ zenit-raket kompleksləri ilə təmin edib. Üstəlik, Çexiya zədələnmiş Ukrayna avadanlıqlarını təmir etməyə hazırdır.