Monteneqro Rusiyanın bu ölkədəki səfirliyinin daha 4 diplomatını arzuolunmaz şəxs elan edib.
YeniAvropa xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, diplomatların Monteneqronu tərk etmələri üçün 7 gün vaxt verilib, qərarla bağlı rəsmi nota Rusiya səfirliyinə göndərilib.
Bu qərar Monteneqrodakı müvafiq təhlükəsizlik qurumlarının rusiyalı diplomatların fəaliyyəti ilə bağlı qiymətləndirməsi və Vyana Diplomatik Münasibətlər Konvensiyasının 9-cu maddəsi əsasında qəbul edilib.