logo

“Lufthansa” Rusiyaya uçuşları dayandırdı

14:13 08-04-2022 | icon 2177
“Lufthansa” Rusiyaya uçuşları dayandırdı

Almaniyanın ən iri milli aviadaşıyıcısı olan “Lufthansa” şirkəti Rusiya Federasiyasının hava limanlarına reysləri müvəqqəti dayandırıb.

YeniAvropa xəbər verir ki, “Lufthansa” aviaşirkətinin laynerləri bu gündən cari ilin iyun ayının sonuna qədər olan müddətdə Rusiya aeroportlarına enməyəcək.

Buna səbəb kimi Rusiya ilə Avropa İttifaqı ölkələri arasında uçuşları məhdudlaşdıran normativ hüquqi vəziyyət göstərilir.

Bu günə qədər uçuşlar qismən məhdudlaşdırılmışdı, lakin onlar tam ləğv edilməmişdi.

Almaniya aviaşirkəti bildirib ki, sərnişinlərə lazımi qaydada məlumat veriləcək, alınmış biletlərin dəyəri ödəniləcək.