Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk şəhərinin dəmiryol vağzalına “Toçka-U” raketi ilə zərbə endirdiyini bildirib.
YeniAvropa xəbər verir ki, bu barədə Volodimir Zelenski özünün "Facebook" səhifəsində paylaşım edib.
"Kramatorsk dəmir yolu vağzalında minlərlə ukraynalı dinc sakin təxliyə gözlədiyi zaman ora "Toçka-U" raketi ilə vurulub, 30-a yaxın ölü, 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətləri alıb. Polis və xilasedicilər artıq hadisə yerindədirlər", - deyə Zelenski əlavə edib.