Rusiya Ukraynada xüsusi hərbi əməliyyat zamanı xeyli hərbi itki verib.
YeniAvropa xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Sky News” telekanalına müsahibəsində deyib.
“Biz qoşunlarımızın xeyli hissəsini itirmişik. Bu, bizim üçün böyük faciədir”, - deyə o, bildirib.
D.Peskov Rusiyanın Ukraynada hərbi əməliyyatının tezliklə başa çatacağına ümidvar olduğunu qeyd edib. O deyib: “Ümid edirik ki, Ukraynada xüsusi əməliyyat yaxın gələcəkdə Rusiya öz məqsədinə çatandan sonra danışıqlar yolu ilə sona yetəcək”.
Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, xüsusi əməliyyatın bitməsi Ukraynanın mövqeyindən və Rusiyanın şərtləri ilə razılaşmasından asılıdır.