logo

Ukrayna Rusiya və Belarusun 18 min dəmir yolu vaqonunu həbs edib

14:29 07-04-2022 | icon 2289
Ukrayna Rusiya və Belarusun 18 min dəmir yolu vaqonunu həbs edib

Ukrayna Baş prokurorluğu Rusiya və Belarus müəssisələrinin 18 minə yaxın dəmir yolu vaqonunun üzərinə həbs qoyub.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə aprelin 7-də ölkənin Baş prokurorunun ofisi məlumat yayıb.

Məlumata görə, Baş prokurorluq RF və Belarus şirkətlərinə məxsus 17 min 800 dəmir yolu vaqonunun həbsini təmin edib. Ukrayna ərazisindəki bu vaqonlar “dövlət fəaliyyəti sferasına ziyan vurmaq üçün istifadə olunurdu”.

Hazırda həbs edilmiş vaqonların dövlət gəlirləri xeyrinə müsadirə olunması məsələsinə baxılır. Təhqiqat İqtisadi təhlükəsizlik bürosu tərəfindən aparılır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 10-da Ukraynada Rusiya Federasiyasına və onun rezidentlərinə məxsus obyektlərin mülkiyyət hüququnun məcburən alınmasının əsas prinsipləri haqqında qanunu imzalayıb.