logo

88 ildən sonra ilk dəfə Ramazan namazı Ayasofyada qılınacaq

13:32 07-04-2022 | icon 2401
88 ildən sonra ilk dəfə Ramazan namazı Ayasofyada qılınacaq

Müsəlman aləmi üçün müqəddəs hesab edilən üç ayların ən başlıcası olan Ramazana məxsus təravih namazlarından biri İstanbulun Ayasofya məbədində qılınacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu, 88 il sonra məbəddə qılınan ilk təravih namazı olacaq. 

Ümumiyyətlə, Ramazan ayı ilə əlaqədar məsciddə silsilə tədbirlər keçirilir, bu aya məxsus xüsusi ibadətlər edilir.

Xatırladaq ki, 2020-ci il iyulun 24-də Ayasofya məbədi 86 ildən sonra ilk cümə namazı ilə məscid olaraq ibadətə açılıb. Bununla əlaqədar ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar açılış mərasimində iştirak etmək üçün İstanbula axın ediblər. Şəhərin Ayasofyaya yaxın 21 məscidi buraya gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq olub.

Məsciddə ilk Ramazan bayramı namazı isə 87 il aradan sonra 2021-ci il mayın 13-də qılınıb.

Qeyd edək ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.