logo

Ukraynanın İrpen şəhəri dağıntılardan təmizlənir

23:13 06-04-2022 | icon 2415
Ukraynanın İrpen şəhəri dağıntılardan təmizlənir

Ukraynada hərbi əməliyyatlar başlayan dövrdən ən çox dağıntılara məruz qalan ərazi Kiyev vilayətinin şimal-qərbində yerləşən İrpen şəhəridir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, şəhərin dağıntılarının təmizlənməsi prosesi başlayıb.

İrpen şəhər meri Oleksandr Makruşinin verdiyi məlumata görə, təmizlik və bərpa işlərinə 300 könüllü və 20 texnika cəlb olunub. Artıq İrpen şəhərinin küçələrinin 20 faizi dağıntılardan təmizlənib.

Şəhərdə bərpa və təmizləmə işləri davam etdiriləcək.