logo

Rusiyanın Mariupolda uşaq xəstəxanasının partlatması zamanı 50-yə yaxın insan diri-diri yanıb

22:59 06-04-2022 | icon 2317
Rusiyanın Mariupolda uşaq xəstəxanasının partlatması zamanı 50-yə yaxın insan diri-diri yanıb

Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri tərəfindən uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb.

YeniAvropa "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Mariupol şəhər Şurası "Teleqram"da məlumat yayıb.

"Bu, Mariupolun mülki əhalisinin məqsədyönlü şəkildə məhv edilməsinin bir nümunəsidir”, - deyə məlumatda bildirilib.

Şəhər meri Vadim Boyçenko bildirib ki, yaxın vaxtlara qədər inkişafın simvolu olan Mariupol indi demək olar ki, tamamilə dağıdılıb. O cümlədən, şəhər infrastrukturunun 90%-dən çoxu yerlə-yeksan edilib.

Hazırda Mariupol şəhər Şurası kommunal və şəxsi mülkiyyətin dağıdılması faktlarını qeydə alan komissiya yaradıb. Bu günə kimi 300-dən çox belə fakt aşkarlanıb.

İlkin hesablamalara görə, blokada ərzində Mariupolda 5 min insan həlak olub, onlardan təxminən 210-u uşaqdır.