logo

ABŞ Rusiyaya görə "G20" sammitində iştirakdan imtina edir

22:44 06-04-2022 | icon 4424
ABŞ Rusiyaya görə "G20" sammitində iştirakdan imtina edir

Amerika Birləşmiş Ştatları Rusiyanın təmsil olunacağı "Böyük iyirmilik"(G20) çərçivəsində görüşdən imtina edib.

YeniAvropa xəbər verir ki, bu barədə "CNN"  ABŞ-ın maliyyə naziri Canet Yellenə istinadən məlumat yayıb.

Birləşmiş Ştatlar və prezident Bayden hesab edir ki, təcavüzkar dövlət "G20"dəki yerini qorumamalıdır. Bunu istisna etmək lazımdır və İndoneziya hələ də Rusiya Federasiyasını dəvət etsə, dövlətlər sammitdə iştirakdan imtina edəcəklər.

"Prezident Bayden açıq şəkildə bildirdi və mən onunla razıyam ki, Rusiya heç bir maliyyə qurumunda özünü adi kimi apara bilməz. O, Rusiyanın G20-dən xaric edilməsini istədi və mən İndoneziyadakı həmkarlarıma aydınlaşdırdım ki, əgər rusiyalılar orada olarsa, biz bir sıra görüşlərdə iştirak etməyəcəyik”, - deyə C.Yellen bildirib.

Xatırladaq ki, martın sonunda Bayden Rusiyanın "G20"dəki yerinin alınmasını təklif edib. Avstraliyanın “Putinlə bir masa arxasında oturmaq” istəyi olmayan baş naziri də onunla razıdır. Bu yaxınlarda “Bloomberg” xəbər verib ki, ABŞ İndoneziyanı Putini sammitə dəvət etməməyə razı salmamağa çalışır.