logo

Anadolu Agentliyi 102 yaşını qeyd edir

18:14 06-04-2022 | icon 2247
Anadolu Agentliyi 102 yaşını qeyd edir

Aprelin 6-da Türkiyənin Anadolu Agentliyinin yaradılmasından 102 il ötür.

YeniAvropa xəbər verir ki, Türkiyənin xilaskarı Mustafa Kamal Paşanın tövsiyəsi ilə 1920-ci il aprelin 6-da yaradılan Anadolu Agentliyi ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda dünya informasiya məkanında layiqli yer tutan agentlik qərəzsiz və ədalətli xəbər siyasəti yürütməklə qazandığı şöhrətini qoruyub saxlayır. Türkiyədə 86, ölkə xaricində 40-dan çox büroya sahib olan Anadolu Agentliyi xəbərlərini 13 dildə yayır. Agentlik orta hesabla hər gün 4500 xəbər, fotomaterial və videoinformasiya yayır.

Türk dünyasının problemlərinə və aktual mövzulara daha həssas yanaşan Anadolu Agentliyi Azərbaycan həqiqətlərinə də geniş yer ayırır, bununla bağlı informasiyaların beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Xüsusən 44 günlük Vətən müharibəsi zamanı Anadolu Agentliyi başda olmaqla, qardaş Türkiyə mediasının informasiya savaşında Azərbaycanın haqq işinə verdiyi dəstək bu gün də minnətdarlıq duyğuları ilə xatırlanır.