logo

Daha bir cüdoçumuz Asiya kubokunda qızıl medal qazandı

17:57 06-04-2022 | icon 2170
Daha bir cüdoçumuz Asiya kubokunda qızıl medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında cüdo üzrə Asiya kuboku yarışında təmsilçimiz Nahid Tarquliyev qızıl medal qazanıb.

YeniAvropa xəbər verir ki,  73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz həlledici mərhələdə qazaxıstanlı Dosbol Balgabayı məğlub edib.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Əbil Yusifov (66 kq) bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb.

Azərbaycanın 22 cüdoçu ilə təmsil olunduğu turnirdə 6 ölkədən 314 idmançı mübarizə aparıb.