logo

Türkiyə hərbi texnika alan ölkələr sırasına Filippin də qoşuldu

14:30 06-04-2022 | icon 1960
Türkiyə hərbi texnika alan ölkələr sırasına Filippin də qoşuldu

Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib. BU mənada  “T129 Atak” döyüş və taktiki kəşfiyyat helekopterinə olan maraq artmaqdadır.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, “T129 Atak” helekopterini Türkiyədən idxal edən ilk ölkə Filippin olub.

Bildirilir ki, Filippinin Hərbi Hava Qüvvələri Türkiyədən iki ədəd “T129 Atak” və bir “C-295” təyyarəsi alaraq silahlı qüvvələrinin arsenalına daxil edib.

Mütəxəssislər hesab edirlər ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.