logo

Rusiya Ukraynanın şimalından qoşunlarını geri çəkdi

14:12 06-04-2022 | icon 2121
Rusiya Ukraynanın şimalından qoşunlarını geri çəkdi

"Rusiya xoş məram nümayiş etdirərək, danışıqlar üçün müsbət şərait yaratmaq məqsədilə qoşunlarını Ukraynanın şimalından geri çəkib".

YeniAvropa xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Biz danışıqların gedişində ciddi qərarlar qəbul edə bilərik. Buna görə də prezident Putin qoşunları regiondan çıxarmaq barədə sərəncam verib”, - deyə D.Peskov qeyd edib.

Kremlin rəsmi nümayəndəsi Rusiyanın Ukrayna prezidentini devirmək və Ukraynanı işğal etmək planı barədə KİV-də yayılan xəbərləri təkzib edib. O ümidvar olduğunu bildirib ki, Kiyev xüsusi əməliyyata son qoymaq üçün Moskvanın şərtləri ilə razılaşacaq. “Biz xüsusi əməliyyatı danışıqlar yolu ilə başa çatdırmaq istərdik”, - deyə D.Peskov vurğulayıb.