logo

Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib

12:12 06-04-2022 | icon 1890
Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib

Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesabından paylaşım edərək vətəndaşlara müraciət ünvanlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Kiyev ətrafında yaranmış təhlükə ilə bağlı riskləri nəzərə alaraq Türkiyənin bu ölkədəki səfirliyi martın 11-dən işini müvəqqəti olaraq Çernivtsi şəhərinə köçürmüşdü.