logo

Dumana görə Bosfor boğazı gəmilər üçün bağlandı

11:33 06-04-2022 | icon 2702
Dumana görə Bosfor boğazı gəmilər üçün bağlandı

Aprelin 5-i axşam saatlarından etibarən İstanbulda müşahidə edilən dumanlı hava şəraiti səbəbindən Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,hazırda şəhərdə qatı duman müşahidə edilir. Görüş məsafəsinin azalması səbəbindən şəhərdaxili vapur səfərlərində də gecikmələr var. Bəzi səfərlər isə təxirə salınıb. Bosfor boğazından gəmilərin keçidi müvəqqəti dayandırılıb.

Hidrometeoroloqların proqnozlarına əsasən, şəhərdə dumanlı hava şəraitinin iki gün davam etməsi gözlənilir.