logo

Niderlandda Rusiya oliqarxlarına məxsus 14 yaxta saxlanılıb

11:11 06-04-2022 | icon 2548
Niderlandda Rusiya oliqarxlarına məxsus 14 yaxta saxlanılıb

Niderlandda Rusiya üçün tikilən və texniki xidmət göstərilən 14 yaxta Moskvaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ölkəni tərk edə bilmir.

 YeniAvropa  xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstranın Nümayəndələr Palatasına (Parlamentin aşağı palatası) ünvanladığı məktubunda deyilir. Burada tikilməkdə olan 12 yaxtadan, o cümlədən 35 metrdən uzun super qayıqdan və texniki xidmətdə olan iki yaxtadan söhbət gedir.

“İxracata qoyulan məhdudiyyətlər səbəbindən hazırda bu qayıqların Rusiyaya çatdırılması mümkün deyil”, - deyə məktubda bildirilir.

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib.