logo

Portuqaliya da Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən qovdu

21:41 05-04-2022 | icon 3626
Portuqaliya da Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən qovdu

Portuqaliya hökuməti Rusiyanın Lissabondakı səfirliyinin on əməkdaşını persona non-qrata elan etmək qərarına gəlib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Portuqaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ölkədən çıxarılan səfirlik əməkdaşlarının fəaliyyətinin Portuqaliyanın milli təhlükəsizliyinə zidd olduğunu hesab edilir. Onlara ölkə ərazisini tərk etmək üçün iki həftə vaxt verilib",-deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.