logo

Rumıniya Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən qovur

19:56 05-04-2022 | icon 2023
Rumıniya Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən qovur

Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarmaq qərarına gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyət və hərəkətlərinin 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu nəzərə alaraq, onları Rumıniya ərazisində arzuolunmaz şəxslər elan etmək qərarına gəlib",-deyə Nazirliyin yaydığı məlumatsda qeyd edilib.