logo

Kreml Rusiya diplomatlarının Avropa ölkələrindən qovulmasına təəssüflənir

17:13 05-04-2022 | icon 2184
Kreml Rusiya diplomatlarının Avropa ölkələrindən qovulmasına təəssüflənir

Kreml Rusiya diplomatlarının Avropa ölkələrindən çıxarılmasına görə təəssüf hissi keçirir.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, rus diplomatların Avropa ölkələrindən çıxarılmasının indiki böhranlı vəziyyətdə diplomatik ünsiyyətin məhdudlaşmasına səbəb olacaq qeyri-uzaqgörən addım kimi qiymətləndirib.

“Bu, nizamasalma yollarını axtarmaq üçün vacib olan ünsiyyətimizi daha da çətinləşdirəcək”, - deyə D.Peskov vurğulayıb. O qeyd edib ki, Avropa ölkələrinin bu addımlarına Rusiya mütləq cavab verəcək.

İtaliya XİN aprelin 5-də 30 Rusiya diplomatını ölkədən çıxaracağını bildirib. Ötən bir neçə gün ərzində Danimarka, Fransa, Almaniya, İspaniya da Rusiya diplomatlarını geri göndərəcəklərini bəyan ediblər.