logo

Latviya və Estoniya Rusiya diplomatlarını ölkədən çıxarır

14:58 05-04-2022 | icon 2058
Latviya və Estoniya Rusiya diplomatlarını ölkədən çıxarır

Latviya və Estoniya Rusiya diplomatlarını ölkədən çıxarır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Latviya 13 Rusiya diplomatını ölkədən çıxarmaq və Rusiyanın Dauqavpils və Liepayadakı konsulluqlarının bağlanması barədə qərar verib. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs məlumat verib.

Estoniya XİN-i də Rusiyanın 14 diplomatının geri göndəriləcəyini, Narvadakı konsulluğunun və Tartudakı dəftərxanasının bağlanacağını bəyan edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniyanın 14 diplomatı geri göndərməsinə müvafiq cavab veriləcəyini deyib.