logo

İsveç də Rusiya diplomatlarını ölkədən qovdu

14:34 05-04-2022 | icon 2100
İsveç də Rusiya diplomatlarını ölkədən qovdu

İsveç Rusiyanın 3 diplomatını persona non-qrata elan edəcək.

YeniAvropa “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko məsələni şərh edərək deyib ki, bu kimi addımlar Avropa ölkələri ilə ikitərəfli münasibətlərə zərbə vura bilər.

“Aydındır ki, bu kampaniya əvvəlcədən hazırlanıb. Diplomatik kanallar vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurulur. Biz kimsəylə münasibətlərimizi kəsmirik. Qərb dövlətlərinin qeyri-dost hərəkətlərinin isə sərhədi görünmür”, - deyə nazir müavini vurğulayıb.