logo

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir

12:33 05-04-2022 | icon 1708
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir

Bu gün Avropa İttifaqında Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar paketi nəzərdən keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel İspaniyanın "COPE" radiostansiyasına müsahibəsində deyib.

“Bu gün biz yeni sanksiyalar paketini təsdiqləmək niyyətindəyik, lakin enerji daşıyıcılarının tədarükü ilə bağlı hələ də müzakirələr aparırıq”, - deyə Jozep Borrel bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqında Rusiya qazından imtina etməklə bağlı yekdil fikir yoxdur. “Yekdil qərar qəbul etmək mümkün deyil, çünki ona veto qoyacağını elan edən Macarıstan kimi ölkə var. Rusiya qazından asılı olan dövlətlər üçün bu barədə qərar vermək çox çətindir”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.