logo

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 18 jurnalist ölüb

09:39 05-04-2022 | icon 3899
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 18 jurnalist ölüb

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi dövründə üçü qadın olmaqla 18 jurnalist həyatını itirib.

YeniAvropa Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Məlumatda bildirilir ki, hərbi əməliyyatlar başlayandan indiyədək 3 jurnalist itkin düşüb, 8-i oğurlanıb, 13 nəfəri yaralanıb, 15 nəfəri isə təzyiqlərə məruz qalıb.

Bununla yanaşı, 7 atəş nəticəsində televiziya qüllələri dağıdılıb və ya zədələnib, habelə media qurumlarına qarşı 22 dəfə kiberhücum həyata keçirilib.