logo

Ukraynada 600-dən çox Rusiyanın hərbi əsiri var

09:19 05-04-2022 | icon 2037
Ukraynada 600-dən çox Rusiyanın hərbi əsiri var

Ukraynada əsir götürülən Rusiya əsgərlərinin sayı 600 nəfərə yaxındır.

YeniAvropa xəbər verir ki, bu barədə “RBK-Ukraina” Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Ukraynanın baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk məlumatı təsdiqləyib. "Biz ümumi rəqəmlərdən danışırıqsa, hazırda onların sayı 600-ə yaxındır. Bilirsiniz, biz beynəlxalq hüquq normalarına uyğun olaraq onlar üçün xüsusi düşərgə tikməliyik", - deyə o, qeyd edib.

O, həmçinin bildirib ki, ötən gün rəsmi şəxslərin iştirakı ilə keçirilən görüşdə çoxsaylı məhbusların məsələsi müzakirə olunub.