logo

Litva Rusiya səfirini ölkədən çıxarır

18:58 04-04-2022 | icon 1988
Litva Rusiya səfirini ölkədən çıxarır

Litva hökuməti RF ilə diplomatik münasibətlərin səviyyəsini azaltmağı qərara alıb və Rusiya səfiri Aleksey İsakovun ölkədən çıxmasını tələb edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Qabrielyus Landsbergis bildirib ki, Rusiyanın Klaypedadakı konsulluğunun bağlanmasına da qərar verilib.

XİN-in başçısının sözlərinə görə, Litvanın Rusiyadakı səfiri Eytvidas Bayanuras yaxın vaxtlarda Moskvanı tərk edəcək.

Litva bu qərarları barədə Avropa İttifaqı və NATO-dakı tərəfdaşlarını məlumatlandırıb və onları analoji addımlar atmağa çağırıb