logo

Türkiyədə eyni məhəllə sakinləri iki fərqli saatda iftar edirlər

16:14 04-04-2022 | icon 2275
Türkiyədə eyni məhəllə sakinləri iki fərqli saatda iftar edirlər

Türkiyənin Samsun və Ordu şəhərlərinin sərhədində yerləşən iki məhəlləni yalnız bir yol ayırır. Məhəllə sakinləri üzbəüz yaşadıqları binalarda bir dəqiqə ara ilə iftar edirlər. Belə ki, sadəcə bir yolla ayrılan bu iki məhəllə arasında bir dəqiqəlik saat fərqi var.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Samsunun Ambartəpə və Elimdağ məhəllələri ilə Ordunun Şentəpə məhəllələrini yeddi metr eni olan yol ayırır. Yarısı Samsuna, digər yarısı isə Orduya aid olan və iki şəhərin sərhədi sayılan yol bölgədə yaşayan insanları maraqlı vəziyyətlə üzləşdirir. Belə ki, məhəllə sakinləri yolu keçən kimi yaşadıqları şəhəri dəyişirlər. Yola baxan üzbəüz binaların sakinləri ayrı-ayrı şəhərlərdə yaşayırlar. Hətta sakinlər ev telefonlarından bir-birinə zəng edərkən şəhərlərarası kodlardan istifadə etməli olurlar.

Bir addımla şəhər dəyişən bu insanlar Ramazan ayında da üzbəüz yaşadıqları evlərdə bir dəqiqəlik ara ilə iftar edirlər. Orduda yaşayanlar sahur vaxtı iftara bir dəqiqə tez, Samsunda yaşayanlar isə gec başlayırlar. Bölgə sakinləri isə artıq bu vəziyyətə öyrəşdiklərini deyirlər.