logo

Almaniya 100 rusiyalı diplomatı ölkədən çıxarır

13:45 04-04-2022 | icon 1967
Almaniya 100 rusiyalı diplomatı ölkədən çıxarır

Almaniyanın hakimiyyət orqanları Rusiya xüsusi xidmət orqanlarına işlədiyi ehtimal olunan rusiyalı diplomatları ölkədən çıxarmaq istəyir.

YeniAvropa xəbər verir ki, bu barədə yerli “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki,  müvafiq qərarın bu həftə qəbul ediləcəyi planlaaşdırılır.Nəşrin məlumatına görə, kansler Olaf Şolts məsələnin araşdırılması barədə göstəriş verib. Söhbət 100-ə yaxın rusiyalı diplomatdan gedir.

Bu cür bəyanatlar Rusiyanın Ukraynaya qarşı başladığı müharibə fonunda Belçika, Hollandiya və İrlandiyanın rus diplomatlarını ölkədən çıxarmaq barədə qərarından sonra səslənməyə başlayıb. Belə ki, ötən həftə Belçikadan 21, Hollandiyadan 17, İrlandiyadan 4 rusiyalı diplomatın çıxarılması qərara alınıb. Bundan öncə isə Avropa İttifaqının bir sıra ölkələri, o cümlədən Litva, Latviya, Estoniya, Bolqarıstan, Polşa, Slovakiya və Çexiya rusiyalı diplomatlardan ölkədən çıxmalarını tələb ediblər.