logo

İşğalçı Rusiya ordusu Xarkovu yenidən bombaladı,ölənlər var

12:54 04-04-2022 | icon 1988
İşğalçı Rusiya ordusu Xarkovu yenidən bombaladı,ölənlər var

İşğalçı Rusiya ordusu Xarkov şəhərinin Sloboda rayonunu atəşə tutub.

YeniAvropa "UNİAN" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Xəbərdə bildirilib ki, şəhərin bombardmanı nəticəsində ilkin məlumata görə, 7 dinc sakin həlak olub, aralarında 3 uşaq olmaqla 34 nəfər isə yaralanıb.

Ukrayna Baş Prokurorluğunda Rusiya Ordusuna qarşı qəsdən adam öldürmə, eləcə də müharibə qanunlarını və qaydalarını pozma maddələri ilə cinayət işi açılıb.