logo

Rusiya ordusu Ukraynanın Odessa və Nikolayev şəhərlərini bombaladı

10:40 04-04-2022 | icon 2009
Rusiya ordusu Ukraynanın Odessa və Nikolayev şəhərlərini bombaladı

Aprelin 4-də səhər saatlarında Ukraynanın Odessa şəhəri işğalçı Rusiya ordusu tərəfindən raket hücumuna məruz qalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının Operativ Qərargahının spikeri Sergey Bratçuk məlumat verib. Onun sözlərinə görə, işğalçı ordu Odessadakı obyektlərdən birinə raket zərbəsi endirilib.

Sergey Bratçuk qeyd edib ki, Rusiya raketlərinin vurduğu yerlərlə bağlı fotoşəkilləri və digər təfərrüatlar dərc edilməməlidir. Qeyd edək ki, Odessanın raketlə vurulan məkanını çəkən niderlandlı jurnalist Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aşkarlanaraq onun 10 il müddətinə Ukraynaya girişinə qadağa qoyulub.

Bu gün səhər saatlarında Nikolayev şəhəri də raket hücumuna məruz qalıb. Bu barədə şəhər meri Aleksandr Senkeviç məlumat verib.

Qeyd edək ki, aprelin 3-də Nikolayev şəhərinə edilən raket hücumu nəticəsində 1 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.