logo

Türkiyə və Ukrayna müdafiə nazirləri Mariupoldan əhalinin təxliyəsini müzakirə ediblər

09:14 04-04-2022 | icon 1813
Türkiyə və Ukrayna müdafiə nazirləri Mariupoldan əhalinin təxliyəsini müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Rusiyanın işğalı nəticəsində Ukraynanın Mariupol şəhərindən əhalinin təxliyəsi və humanitar yardımın çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyənin milli müdafiə naziri insan tələfatının artmaması üçün bir an əvvəl atəşkəsin elan edilməsi, eləcə də mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin açıq saxlanmasının vacibliyini vurğulayıb.

Hulusi Akar bir daha bildirilib ki, Türkiyə Ukraynaya humanitar yardım baxımından üzərinə düşəni etməyə davam edəcək.