Pakistanın baş naziri İmran Xan istefa verib.
YeniAvropa “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
Bildirilib ki, ölkənin yeni hökumət başçısı təyin olunanadək İmran Xan bu vəzifəni icra etməkdə davam edəcək.
Xatırladaq ki, İmran Xanın rəhbərlik etdiyi müxalif Rakistan Ədalət Hərəkatı 2018-də ildə ölkədə keçirilən ümumi seçkilərdə qalib gəlmişdi. 69 yaşlı siyasətçi həmin ilin avqust ayından Pakistanın baş naziri vəzifəsini icra edirdi.