logo

Xarkov ətrafından başqa Ukraynanın şimalı Rusiya işğalçılarından təmizlənib

11:33 03-04-2022 | icon 2317
Xarkov ətrafından başqa Ukraynanın şimalı Rusiya işğalçılarından təmizlənib

Rusiyanın işğalçı qoşunları Ukraynanın şimal vilayətlərini demək olar, tərk edib. Lakin işğalçılar Xarkovu mühasirəyə almaqda davam edir, Donbasda isə aktiv döyüş əməliyyatları gedir.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, Rusiya hərbçiləri Ukraynanın hərbi və mülki obyektlərinə sistemli raket və hava zərbələrini davam etdirir, bununla yanaşı, yüksək dəqiqlikli silahlardan istifadə etməklə raket zərbələri və zərbələrin intensivliyi azalıb.

"Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etmək üçün əlavə düşmən bölmələrinin hazırlanması davam edir. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin sakinlərindən və muzdlulardan "könüllü" batalyonların yaradılması planlaşdırılır", - deyə məlumatda qeyd edilir.

Bildirilib ki,  Volın istiqamətində düşmən qoşunlarının vəziyyətində və mövqeyində əhəmiyyətli dəyişikliklər qeyd olunmayıb.

Polesk istiqamətində qarşı tərəf hərbi bölmələri Belarus ərazisinə çəkməyə davam edir. Rusiya ordusu qoşunların çıxarılması zamanı irəliləmə yollarına və ayrı-ayrı yaşayış məntəqələrinə minalar yerləşdirir.