Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyara məlumat verib.
"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - A.Malyar özünün "Facebook" səhifəsində paylaşım edib.
Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.