logo

Ukrayna Rusiya işğalına qarşı mübarizəyə ayda 10 milyard dollar xərcləyir

20:40 02-04-2022 | icon 2212
Ukrayna Rusiya işğalına qarşı mübarizəyə ayda 10 milyard dollar xərcləyir

Rusiyanın işğalına qarşı Ukrayna hərbi əməliyyatlara aylıq xərcləri təxminən 10 milyard dollar təşkil edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin aprelin 2-də Volodimir Zelenskinin sədrliyi ilə keçirilən və ölkənin iqtisadi inkişaf məsələlərinə həsr olunan müşavirədən sonra yaydığı məlumatda qeyd edilib. 

“Maliyyə Nazirliyinin hesablamalarına görə, Ukrayna dövləti hərbi əməliyyatlara ayda təxminən 10 milyard dollar sərf edir”, - Ukrayna Prezidenti Ofisinin məlumatında belə deyilir.

Qeyd olunur ki, müşavirədə xərclərin maliyyə mənbələri, o cümlədən dövlətin özünün vergi gəlirləri və tərəfdaşlardan daxil olan yardımlar müzakirə edilib. Həmçinin Ukrayna iqtisadiyyatının vəziyyəti və onun yaxın gələcəkdə inkişaf perspektivləri nəzərdən keçirilib.

Volodimir Zelenskinin yanında keçirilən görüşün iştirakçıları ölkədə əkin kampaniyasının keçirilməsini, aqrar sahə işçilərinin yanacaqla təminatı məsələlərini də müzakirə ediblər.