logo

Zelenski Çini Ukraynanın təhlükəsizliyinə zamin görmək istəyir

16:15 02-04-2022 | icon 2128
Zelenski Çini Ukraynanın təhlükəsizliyinə zamin görmək istəyir

Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizliyə qarant ölkələr arasında NATO üzvlərindən başqa, bloklara qoşulmayan dövlətləri, o cümlədən Çini də görmək istəyir.

YeniAvropa xəbər verir ki, bu barədə Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində bildirib.

“Bunu istəyən digər ölkələrin də ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyəyə qoşulmasını istərdik”, - deyə Ukrayna prezidenti bildirib. Onun sözlərinə görə, sadalanan ölkələr Ukrayna üçün təhlükəsizlik qarantı olmağa razılıq veriblər.

Volodimir Zelenski aparıcının Çinin Rusiyaya yardımına aid sualına cavab olaraq deyib: “Çini bizim tərəfimizdə görmək istərdim. Lakin seçim onlarındır".

Bu ərəfədə ÇXR sədri Si Cinpin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə videogörüşü zamanı Aİ-ni ikitərəfli münasibətlərdə və qlobal məsələlərdə Çin ilə əməkdaşlığı aktivləşdirməyə çağırıb.