Roma Papası Fransisk Ukraynaya getmək imkanlarını nəzərdən keçirdiyini bildirib.
YeniAvropa xəbər verir ki, Maltaya apostol səfərinə gedən Roma Papası bu barədə Amerikanın "NBC NEWS" telekanalına müsahibəsində deyib.
Bir qədər əvvəl yayılmış məlumata görə, son həftələr pontifik Ukrayna paytaxtına səfər etmək barədə dəvətnamələr alıb. Onlardan biri də Kiyev meri Vitali Kliçko tərəfindən göndərilib.
Qeyd edək ki, Roma Papası Fransisk dəfələrlə Ukraynada atəşkəsə çağırıb, Rusiyanın Ukrayna torpaqlarını işğal etməsini pisləyib və vəziyyəti diplomatik yolla nizamlanmağa çağırıb. O, ukraynalı qaçqınları dəstəkləyərək emissarları vasitəsilə onlara yardım edib.