Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin və dünyanın müsəlman icmalarını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin "Twitter" hesabında məlumat paylaşılıb.
“Qoy bu xüsusi dövr sizə və ailələrinizə xoşbəxtlik, əmin-amanlıq və tərəqqi gətirsin. Ramazan ayınız mübarək”, - deyə paylaşımda qeyd edilib.