Ukrayna hərbçiləri şəhər və qəsəbələri Rusiya qoşunlarından azad etməkdə davam edir.
YeniAvropa xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Xəbərdə bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kiyev vilayətinin Buçanski rayonunda yerləşən Borodyanka şəhərini işğalçılatdan azad edib.
Xatırladaq ki, daha əvvəl Ukrayna mətbuatı Buça şəhərinin ruslardan azad edilməsi barədə məlumat yayıb.