logo

Putin Paşinyana zəng etdi

22:13 01-04-2022 | icon 2289
Putin Paşinyana zəng etdi

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, söhbət zamanı Qarabağ regionunda sabitliyin qorunması məsələləri üzrə fikir mübadiləsi davam etdirilib.

"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinə ciddi əməl olunmasının zəruriliyi öz təsdiqini tapıb", - deyə məlumatda qeyd edilib.