logo

Ukrayna və Rusiya növbəti dəfə hərbi əsirlərini dəyişdiriblər

20:50 01-04-2022 | icon 2282
Ukrayna və Rusiya növbəti dəfə hərbi əsirlərini dəyişdiriblər

Ukrayna və Rusiya Federasiyası ikinci dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsini həyata keçiriblər.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko məlumat verib. Onun sözlərinə görə, Ukrayna 90-a yaxın əsgərini geri qaytarıb.

“Bu gün əsirlərin mübadiləsi olub. 15-i qadın olmaqla 86 nəfər Ukrayna əsgəri artıq təhlükəsizdir”, - deyə Timoşenko əlavə edib.

Xatırladaq ki, martın 24-də Ukrayna və Rusiya ilk əsir mübadiləsini həyata keçirib. Onda 10 ukraynalı hərbçi Rusiya tərəfindən qaytarılıb.