logo

Putin İstanbul görüşünə ev sahibliyi üçün Ərdoğana təşəkkür etdi

19:59 01-04-2022 | icon 5124
Putin İstanbul görüşünə ev sahibliyi üçün Ərdoğana təşəkkür etdi

Aprelin 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq əsnasında Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbul görüşlərinin nəticələri müzakirə edilib.

Prezident Ərdoğan Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını bildirib.

Tərəflərin sağlam düşüncə ilə hərəkət etməsinin və dialoqun davam etdirilməsinin vacib olduğunu deyən Türkiyə prezidenti Rusiya və Ukrayna dövlət başçılarını bir araya gətirərək sülh səylərini taclandırmaq istədiklərini dilə gətirib.

Prezident Vladimir Putin öz növbəsində Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.