BMT-nin baş katibi Antoniu Quterreşin Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarına müraciət edib.
YeniAvropa xəbər verir ki, baş katib müraciətində bütün dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlaması münasibətilə ən xoş arzularını çatdırıb. Qeyd edib ki, bu, mərhəmət və şəfqət ayıdır. Düşünmək və öyrənmək zamanıdır. Bir araya gəlib, bir-birimizi mənəvi cəhətdən dəstəkləmək imkanıdır.
“Ramazan ayında müsəlman ölkələrinə səfər etmək, həmrəylik orucu tutmaq və iftar zamanı insanlarla çörək kəsmək şərəfinə nail olurdum”, - deyən A.Quterreş təəssüflə bildirib ki, COVID-19 pandemiyası bunu mümkünsüz etmişdi, lakin bu ənənəni bu il bərpa edəcəyimə şadam.
Müraciət bu sözlərlə davam edib: “Faciə və əzab-əziyyətin yaşandığı dövrdə münaqişə, köçkünlük və qorxu ilə üzləşən hər kəsi yad edirəm. Müqəddəs “Qurani-Kərim”də də yazıldığı kimi, Allah bir-birimizi tanıyaq deyə xalqları və qəbilələri yaradıb.
Bu müqəddəs ayda hər gün, bütün qadınların və kişilərin təhlükəsizliyi, ləyaqəti, həmçinin firavanlığı üçün əl-ələ verib çalışaq. Gəlin bir-birimizdən öyrənək və birlikdə dinc dünya quraq. Ramazan ayınız mübarək!”.