logo

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin iki generalını cəzalandırıb

13:53 01-04-2022 | icon 2107
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin iki generalını cəzalandırıb

Ukrayna prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin daxili təhlükəsizlik idarəsinin sabiq rəisi Andrey Naumovu və qurumun Xerson vilayəti üzrə idarəsinin sabiq rəisi Sergey Krivoruçkonu hərbi rütbələrdən məhrum edib.

YeniAvropa  xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidenti ofisinin "YouTube" platformasında yerləşdirilən müraciətində yer alıb. Məlumata görə, adıçəkilən generallar “hərbi andı pozub və vətəni satıblar”.

“Bu gün iki antiqəhrəmana aid daha bir qərar qəbul olunub. Hazırda mənim bütün satqınlarla məşğul olmağa vaxtım yoxdur, lakin zamanla onların hamısı cəzalandırılacaq”, - deyə Ukrayna prezidenti müraciətində bildirib.