Fransa hakimiyyəti rusiyalı iş adamı Əlişer Usmanova məxsus iki helikopteri həbs edib.
YeniAvropa xəbər verir ki, bu barədə Amerikanın “Forbes” nəşri Fransa İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb.
Xatırladaq ki, fevralın sonunda Avropa İttifaqı Əlişer Usmanovu sanksiyalar siyahısına daxil edib.
Qeyd edək ki, Əlişer Usmanov özbək əsilli Rusiya sahibkarı, milyarder, "USM Holding"in təsisçisidir. O, prezident Putinin ən yaxın adamlarından biri hesab olunur.