Martın 31-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Danışıq zamanı Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putini bir araya gətirmək və bu görüşə Türkiyə olaraq ev sahibliyi etmək təklifini təkrarlayıb.
Türkiyə prezidenti İstanbuldakı görüşün nəticələrinin müharibənin dayandırılması və sülhün bərqərar olması istiqamətində həyata keçirilən prosesə mənalı təkan verdiyini qeyd edib.
Volodimir Zelenski öz növbəsində Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.